"Real" ulduz futbolçu ilə anlaşdı - Gözlənilməz transfer

Adı “Real Madrid” də daxil olmaqla bir çox klubla hallanan Alfonso Devies üçün yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, “Real Madrid”in futbolçu ilə razılığa gəldiyi bildirilir. “Relevo”nun xəbərinə görə, “Real Madrid” danışıqlar apardığı Alfonso Devislə ilkin şifahi razılığa gəlib. İspan nəhənginin "Bavariya" ilə danışıqları davam etdirdiyi və Devies üçün tələb olunan transfer haqqının ödəniləcəyi halda transferin reallaşacağı bildirilib. İddialara görə, “Bavariya” komandasının rəsmiləri Alphonso Davies üçün azı 70 milyon avro tələb ediblər.

Qeyd edək ki, bu mövsüm "Bavariya" ilə 27 matça çıxan kanadalı sol cinah müdafiəçisi Alfonso Devies 1 qol vurub, 3 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR