Azərbaycanda yeni zəlzələlər gözlənilir - Seysmoloq

"2024-cü il ərzində Azərbaycanda hiss olunan səviyyədə zəlzələlər baş verəcək".

Bunu Metbuat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. O bildirib ki, fevralın 15-də Türkiyədə baş verən zəlzələ Azərbaycanda təkrarlana bilməz:

"Çünki heç bir tektonik baxımdan qonşuluq yoxdur. Türkiyədə olan tektonik pilitə, tektonik meqabloq, nəhəng bir blokdur. Həmin meqabloq, Türkiyədən Qafqaz ərazisini və Azərbaycanı əhatə etməklə Xəzər dənizindən Türkmənistana qədər gedib çıxır. Bu, ümumiyyətlə geniş zolaqlı bir tektonik blokdur. O səbəbdən bu meqablokda xırda pozulmalar, qırışlar, qırılmalar mövcuddur və əlaqəli düzxətli təsir yoxdur.

2024-cü il supertektonik və seysmik aktivliyi ilə səciyyələnəcək. Dünyada maqmatik, Azərbaycanda isə palçıq vulkanlarının püskürməsi istisna deyil. Ümumi qeyd edə bilərəm ki, hiss olunan zəlzələ baxımından təhlükə var. Yəni hiss olunan zəlzələlər 2024-cü il ərzində baş verəcək".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR