İçərişəhər UNESCO-nun dünya irsi təqvimində

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan abidələrdən on ikisi təşkilatın 2024-cü il üçün çap etdiyi təqvimdə yer alıb.

Metbuat.az-ın məlumatına görə, təqvimə daxil edilmiş abidələr UNESCO Ümumdünya İrs Siyahısındakı 168 ölkənin 1157 tarixi abidəsi arasından seçilmişdir.

Qürurverici haldır ki, İçərişəhər seçilmiş 12 abidədən biri kimi təqvimə daxil edilmişdir.

Qeyd edək ki, sözügedən təqvimin çap edilməsində əsas məqsəd bəşəriyyətin incisi hesab olunan abidələr, onların ümumbəşəri dəyərini daha geniş auditoriyaya çatdırmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR