İlkay "Barselona"nın yeni baş məşqçisini belə açıqladı

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan klubun yeni baş məşqçisi olacağı iddia edilən Hans Fliklə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, İlkay Gündoğan keçmiş məşqçisini tərifləyib. O “Hans Flikin "Barselona"nın yeni baş məşqçisi olacağı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib: "Bu mənim sahəm deyil, ancaq onu deyə bilərəm ki, Hans Flik təkcə böyük məşqçi deyil, həm də yaxşı insandır. O milli komandaya çox çətin vəziyyətdə gəldi, amma həmişə dürüst idi və ona çox hörmət etdim" deyə bildirib.

İlkayın Xavi Hernandezin vəzifədən getmədən əvvəl dediyi bu sözlərin hazırkı məşqçisini qəzəbləndirə biləcəyi vurğulanıb. İlkayın bu açıqlamasının “Braselona”nın Hans Fliklə razıla gəlməsi barədə iddiaların dərc edilməsinə səbəb olub.

Qeyd edək ki, Hans Flikin “Bavariya”nın təklifi rədd etdiyi və “Braselona”dan təklif gözlədiyi irəli sürülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR