“Barselona” Ardanın intiqamını alır - Sürpriz həmlə

“Barselona” “Real Madrid”in əsas transfer hədəflərindən olan "Bavariya"nın sol cinah müdafiəçisi Alfonso Davies üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, İspaniya mediası bu həmləni “Barselona” Arda Gülerin intiqamını alır kimi irəli sürüb. “Defensa Central”ın məlumatına görə, “Barselona” maliyyə vəziyyətinin çətin olmasına baxmayaraq, Alfonso Davies ilə danışıqlara başlayıb. Bildirilir ki, Alfonso Davies Kilian Mbappedən sonra “Real”ın əsas transfer hədəfidir.

Qeyd edək ki, 2019-cu ildən "Bavariya"da çıxış edən kanadalı sol cinah müdafiəçisi Alfonso Daviesin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR