Avropadan Azərbaycana gələnlərin sayında artım müşahidə olunur

Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 1,5 dəfə artıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR