"Arsenal" türk futbolçu üçün fantastik təklif göndərdi - Gözlənilməz cavab aldı

"Arsenal" "Yuventus"da çıxış edən 18 yaşlı türk futbolçu Kənan Yıldızla maraqlanıb.

Metbuat.az xəbər verir ki, “Arsenal” bu barədə “Yuventus”a təklif göndərib. “Tuttosport”un məlumatına görə, "Arsenal" türk futbolçu üçün Turin komandasına 40 milyon avro təklif etməyə hazır olduğunu qeyd edib. İngilis nəhənginin göndərdiyi təklifdə "Kənan Yıldızla maraqlanırıq. 40 milyon avro civarında bir məbləğ təklif etməyə hazırıq” deyə qeyd edilib. “Yuventus” bu təklif məktubuna “Təşəkkür edirik, amma 40 milyon avro azdır. İkiqat məbləğ olan 80 milyon avro belə Kənan üçün istədiyimiz transfer qiyməti deyil. Kənan Yıldızın ətrafında klub layihəsi var və o, satılan futbolçular siyahısında deyil” deyə qeyd edib.

Qeyd edək ki, “Bavariya” klubunun aşağı yaş komandasından “Yuventus”a transfer olan Kənan Yıldız 17 dəfə “Juventus”un əsas komandasında forma geyinib. O üç qola imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR