Fevralın 27-də Yevlax rayon Nərimanabad kəndində, yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişən 62 yaşlı Zöhrə Səfərova müəllimə işləyirmiş.
Metbuat.az xəbər verir ki, bu barədə Yevlax rayon Nərimanabad kənd tam orta məktəbi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə nəticəsində dünyasını dəyişən qadın həmin məktəbinin ibtidai sinif müəlliməsi olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.