​​"Barselona" Xavinin yerinə əsas namizədləri dəqiqləşdirdi

"Barselona" mövsümün sonunda istefa verəcəyini açıqlayan Xavi Hernandezin yerinə 4 yeni namizəd seçib.

Metbuat.az xəbər verir ki, Yurgen Klopp təklifi rədd edəndən sonra “Barselona” digər namizədlərə yönəlib. “Sport”un məlumatına görə, mövsümün sonunda "Bavariya"dan ayrılacaq Tomas Tuxel "Barselona"nın seçimlərindən biridir. Hansi Flik və Julian Nagelsmann da namizədlər arasındadır. Hansi Flik hazırda komanda çalışdırmasa da, onun “Bayen Münhen”i çalışdırmaq ehtimalı da var. Nagelsmann isə Almaniya millisinin baş məşqçisidir. "Barselona" rəhbərliyinin digər favoriti Roberto De Zerbidir. “Brighton”a yaxşı futbol oynadan və futbolsevərlər tərəfindən bəyənilən italyan məşqçi “Liverpul”un da gündəmindədir. “Brayton”un De Zerbi ilə 2026-cı ilə qədər müqaviləsi var klub onun getməsi 15 milyon avroluq sərbəst qalma məbləğini tələb edir.

Qeyd edək ki, 57 xalla lider "Real Madrid"dən 8 xal geri qalan "Barselona" çempionluq şansını çətinləşdirib. "Barselona" "Jirona"dan sonra 3-cü yerdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR