Xabi Alonso seçimini etdi

"Bavariya" "Bayer"in baş məşqçisi Xabi Alonso ilə danışıqlar aparıb.

Metbuat.az xəbər verir ki, Xabi Alonso "Bavariya"da işləməyə etiraz etməyib. “Sky Sport Germany” nəşrinin məlumatına görə, ispaniyalı mütəxəssis "Liverpul"dan çox "Bavariya"ya rəhbərlik etməyə meyllidir. Alonsonun fikrincə, Yurgen Klopp gedəndən dərhal sonra ingilis klubuna qoşulmaqla o, uğursuzluq yaşaya bilər. "Bavariya"nın "Bayer"ə 15 milyon avrodan 25 milyon avroya qədər təzminat ödəməli olacağı vurğulanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR