Bu istiqamət üzrə reyslərin sayı artırılacaq

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 8 Mart günü ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatını təmin etmək məqsədilə əlavə qatar reysləri təyin edib.

Metbuat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, qatar saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, saat 16:45-də isə Ağstafadan Bakıya yola düşəcək.

Bildirilib ki, Abşeron dairəvi dəmiryol xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR