Avropa Liqası: "Qarabağ" Bakıda "Bayer 04"lə heç-heçə edib - Yenilənib

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Metbuat.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

***

23:18

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.

Metbuat.az-ın məlumatına görə, qonaqlar hesab arasındakı fərqi azaldıblar.

70-ci dəqiqədə Florian Virtz fərqlənib.

Azərbaycan çempionu hazırda öndədir - 2:1.

***

22:45

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan çempionu fasiləyə öndə yollanıb - 2:0.

Yassin Benzia 26-cı dəqiqədə hesabı açıb. 45+2-ci dəqiqədə Juninyo qonaqları növbəti dəfə məyus edib.

***

22:18

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda hesab açılıb.

Metbuat.az-ın məlumatına görə, 26-cı dəqiqədə Azərbaycan çempionu rəqibi məyus edib.

Yassin Benzia topu qapıdan keçirib.

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.

Görüşün baş hakimi fransalı Benua Bastyendir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

***

21:45

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.

Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.

Görüşün baş hakimi fransalı Benua Bastyendir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR