Məşhur iş adamının oğlu faciəvi şəkildə öldü - FOTO

Azərbaycanda tanınmış iş adamının oğlu intihar edib.

Metbuat.az manset.az-a istinadən xəbər verir ki, tanınmış iş adamı, tikinti maqnatı Əvəz Şükürovun oğlu Rəmzi Şükürov sirkə içərək intihar edib. O, üç gün xəstəxanada qaldıqdan sonra bu gün vəfat edib.

Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil.

Rəmzi Şükürov Milli Məclisin sabiq əməkdaşı olub. Evlidir, üç uşaq atasıdır.

Qeyd edək ki, Rəmzi Şükürovun atası Əvəz Şükürov məşhur iş adamıdır. O, bir çox tikinti şirkətlərinin sahibidir.

Rəmzi Şükürovun özü isə bir sıra qalmaqallı hadisələrlə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı