Musa “Qarabağ”a qayıdır? - Qurbanov açıqladı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Yurqorden”də çıxış edən komandanın sabiq futbolçusu Musa Qurbanlının Ağdam təmsilçisinə mümkün qayıdışını şərh edib.

Metbuat.az xəbər verir ki, o, bu barədə düşünmədiklərini bildirib:

“Hazırda yeni hücumçu haqda düşünmürük. Komandada yetərincə futbolçu var. Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın komandaya qayıtması hələlik gündəmdə deyil. Bu mövzu yay transfer pəncərəsində açıla bilər”.

Qeyd edək ki, Qurban Qurbanovun həm də oğlu olan M.Qurbanlı ötən ilin iyulunda “Qarabağ”dan “Yurqorden”ə keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR