Dünya şöhrətli rol model Angela Pearl beynəlxalq səviyyədə təltif olundu - FOTO

Beynəlxalq səviyyəli avstriyalı astroloq, motivasion natiq, rol model Angela Pearl bu sahənin mütəxəssislərindəndir.

Dünya şöhrətli Angela Pearl bu sahədə 2 kitab müəllifidir. İnsanlığa və dünyaya özünəməxsus baxış bucağı olan mütəxəssisin astroloji və tarot proqnozları müntəzəm olaraq 2 milyondan çox abunəçisi olan YouTube kanalında yerləşdirilir.

Angela Pearl Kann və Venesiya kinofestivallarında qırmızı xalıdan keçən ilk astroloq kimi tarixə düşüb. Ona müraciət edənlər arasında dünya məşhurları və Hollivud ulduzları da yer alır. Sağlam həyat tərzinin tərəfdarı olan mütəxəssis 10 mindən çox insanın iştirak etdiyi cavanlaşma və pozitiv düşüncə kurslarının müəllifidir.

Qeyd edək ki, Angela Pearl qısa zaman öncə beynəlxalq biznes platforması “Millionaire Concept Network” tərəfindən “Gold Member” seçilib.

WIBA Təsir Mükafatının laureatı Angela Pearl, 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Celebrity Motivational Coach of The Year” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR