“Liverpul”, “Çelsi” və “Barselona” bu məşqçini istəyir - Sürpriz həmlə

“Liverpul”, “Çelsi” və “Barselona” “Sportinq Lissabon”un baş məşqçisi Ruben Amorim ilə maraqlanır.

Metbuat.az xəbər verir ki, İngiltərə təmsilçiləri artıq məşqçi ilə danışıqlar aparıb. “Barselona” da Ruben Amorimi diqqət saxlayır. Lakin “Barselona”nın ilk olaraq Xavi Hernandezi klubda saxlamağa çalışacağı irəli sürülür. “The Telegraph” qəzetində yer alan xəbərə görə, “Liverpul”, “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonsodan rədd cavabı alandan sonra Ruben Amorimi gündəminə alıb.

Qeyd edək ki, Ruben Amorim “Sportinq Lissabon”dan gedə biləcəyi barədə açıqlama verib. “Mən indi “Sportinq”ə köklənmişəm və bu komandanın məşqçisi olmaqdan çox qürur duyuram. Bütün diqqətimizi titullara yönəltmişik. Sonda hər şeyi görəcəksiniz” - Ruben Amorim deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR