Perez qərarını verib - Ançelottini Alonso əvəzləyəcək

"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso "Liverpul" və "Bavariya"nın təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, Alonsonun "Bayer Leverkuzen"dən sonra İspaniyada işləmək istədiyi irəli sürülür. İspaniya mediasının iddiasına görə, “Real Madrid” rəhbərliyi Karlo Ançelottidən sonra kluba Xabi Alonsonu gətirmək istəyir. Bildirilir ki, Alonso buna görə də, digər klubların təklifini rədd edib. Məlumatda deyilir ki, Ançelottinin “Real”la müqaviləsi 2026-cı ildə yekunlaşır.Alonsonun futbolçu kimi “Real”dakı oyunu və “Real”da sevilməsi onun Madriddə işləmək istəməsinə səbəb olub. Xəbərdə qeyd edilir ki, “Real” prezidenti Florentino Perez də Alonsonu Ançelottinin mükəmməl əvəzedicisi hesab edir.

Qeyd edək ki, Xabi Alonso bu mövsümün sonunda "Bayer Leverkuzen"dən ayrılmayacağını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR