Viktoria İgonina Azərbaycanda təltif olundu - FOTO

Öz peşəsinin incəliklərini mükəmməl bilən, insanların sağlamlığının keşiyində duran həkimlərə hər zaman ehtiyac duyulub. Bu adı daşımaq həm məsuliyyətli, həm də şərəflidir. Müasir dünya standartlarını öz peşəsində uğurla tətbiq edən Qazaxıstanın peşəkar həkimlərindən biri də Viktoria İgoninadır.

Tibbi yenilikləri praktikada uğurla tətbiq edən həkim illərin təcrübəsinə malik ginekoloq, reproduktiv-endokrinoloq, androloq və “Om klinika”sının təsisçidir. Müasir avadanlıqlar və texnologiyalarla təchiz olunmuş dünya standartlarına cavab verən klinikada Viktoriya xanım peşəkar komandası ilə birlikdə sonsuzluğun müalicəsi ilə bağlı tibbin son yeniliklərini tətbiq edərək minlərlə ailəyə valideyn olmaq sevincini bəxş edir.

O, təkcə Qazaxıstanda deyil, eyni zamanda Rusiyada da tələb olunan həkimlər sırasındadır. Rusiya Reproduktiv Tibb Assosiasiyasının üzvü olan peşəkar həkim Rusiyada təşkil olunan elmi konfranslarda məruzəçi kimi çıxış edib. İgonina təkcə Qazaxıstanda deyil, digər ölkələrdə də ən çox axtarılan həkimlər sırasınadır. O, əldə etdiyi nailiyyətlərə görə Gürcüstan və Azərbaycanda beynəlxalq mükafatlara və “səhiyyənin fəxri” ordenlərinə layiq görülüb.

Orta Asiyada təcrübəsi ilə adından söz etdirən Viktoria İgonina, 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Professional Health Entrepreneur of The Year” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR