Kamran İsmayılov nazirlikdə yüksək vəzifəyə təyin edildi

Elm və Təhsil Nazirliyində yeni kadr təyinatı olub.

Metbuat.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalyıb.

Əmrə əsasən, Kamran İsmayılov nazirliyin Daxili nəzarət şöbəsinə müdir təyin edilib.

Qeyd edək ki, Kamran İsmayılov Bakı Dövlət Universitetində ali təhsilin bakalavriat və magistratura səviyyələrini beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.

Kamran İsmayılov Xətai Rayon İcra Hakimiyyətində İctimai təşkilatlar və siyasi partiyalarla iş, İctimai siyasət və humanitar məsələlər şöbəsinin müdiri, həmçinin “Azərsun Holdinq”də müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, bu təyinata qədər Kamran İsmayılov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsində işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR