Bu ərazilərə qazın verilişi dayandırılacaq

Xətai rayonu, R.Əsgərov küçəsi 39 ünvanında və S. Mehmandarov küçəsi 94A ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Binəqədi rayonu, 7-ci Mikrorayon, Süleyman Sani Axundov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə 06.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun R. Əsgərov, S. Mehmandarov, Ə. Şıxlinski küçələrinin və Binəqədi rayonu, 7-ci Mikrorayonun 31 və 26-ci məhəllələrinin, Union Park yaşayış massivinin, Süleyman Sani Axundov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR