"Real" bu türk futbolçunu izləməyə başladı - FOTO

İspaniyanın "Real Madrid" klubu gənc qapıçı transfer etmək niyyətindədir.

Metbuat.az "TRT Spor"a istinadən xəbər verir ki, madridlilər Türkiyənin "Trabzonspor" komandasında forma geyinən Onuralp Çevikkanla maraqlanırlar. Klub artıq 18 yaşlı qolkiperin izlənməsi üçün Trabzona skautlarını da göndərib.

Qeyd edək ki, Onuralp Çevikkan "Trabzonspor"a ötən il gəlib. O, "Altınordu" yetirməsidir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR