Mbappeyə meydan oxuyan futbolçu “Real”dan ayrılmaq istəmir

Kilian Mbappenin transferinə baxmayaraq Rodriqo “Real Madrid”dən arılmaq istəmir.

Metbuat.az xəbər verir ki, Rorriqo eyni mövqedə oynayan Mbappe ilə rəqabət aparmağa hazır olduğunu qeyd edib. “Marca” qəzetinin məlumatına görə, “Real Madrid” Rodriqonun ehtiyatda qalmasını istəmir. Klub hücumçu üçün gələn təklifləri dəyərləndirmək istəyir. “Real Madrid” Rodriqonun satışında 100 milyon avro gəlir əldə etmək istəyir.

Qeyd edək ki, Rodriqo cari mövsüm 42 matçda 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR