​“Beşiktaş”da baş məşqçi postuna namizədlərin siyahısı məlum oldu

“Beşiktaş”da baş məşqçi postuna namizədlərin siyahısı məlum olub.

Metbuat.az xəbər verir ki, siyahıda 3 məşqçinin adı var. “Fotomac”ın məlumatına görə, məşqçilər arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da var. Xəbərdə Qurban Qurbanovun “Qarabağ”dakı uğurlarına diqqət çəkilib. Onun davamlı uğurlar qazandığı vurğulanıb. Məlumata görə, “Beşiktaş”ın siyahısındakı digər məşqçilər isə Sergen Yalçın və Edin Terziçdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR