"Neftçi"nin 4 futbolçusu bugünkü matçı buraxacaq

"Neftçi"nin 4 futbolçusu bu gün "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri Premyer Liqanın XXX tur matçında iştirak edə bilməyəcək.

Bu barədə Metbuat.az-a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Bərpa prosesi keçən qapıçı Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan cinah müdafiəçisi Ömər Buludov bu matçı buraxmalı olacaq.

Dizindəki ağrılarla bağlı müalicəsi davam edən digər qolkiper Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən yarımmüdafiəçi Ataa Caber də meydana çıxmayacaq.

Qeyd edək ki, bu gün "Neftçi Arena"da oynanılacaq qarşılaşma saat 19:00-da başlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR