​“Fənərbaxça”nın istədiyi Mourinyo bu klubu seçdi

“Fənərbaxça” klubunun da istədiyi Joze Mourinyo yenidən "Old Trafford"a qayıtmağa yaxındır.

Metbuat.az xəbər verir ki, portuqaliyalı məşqçi 2018-ci ildə qovulduğu “Mançester Yunayted”də işləmək istədiyini ifadə edib. “Manchester Evening News”in məlumatına görə, Mourinyonun “Mançester Yunayted” rəhbərliyi ilə yaxşı münasibəti var. Bildirilir ki, “Mançester Yunayted”in bir neçə seçimi var. Mövsümün sonunda “Bavariya”dan ayrılacaq Tomas Tuxel də namizədlər arasındadır.

Qeyd edək ki, Mourinyo “Mançester Yunayted”də ilk mövsümündə Avropa Liqasını və Karabao Kubokunu qazanıb. Həmçinin, “Mançester Yunayted” Premyer Liqada ikinci olub, lakin 2018-19 mövsümünə pis başlayandan sonra Mourinyo qovulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR