Bakıda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb.
Metbuat.az xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.
2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsində yıxılaraq "Kia" markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.
Araşdırma aparılır.