Binanın lifti buna görə qırılıb - "Şərur" MTK-dan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Həsi Aslanov" stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən "Şərur" MTK yaşayış kompleksində binada liftin qırılması nəticəsində ikisi uşaq olmaqla 7 nəfər xəsarət alıb. Onlardan 6-sı xəstəxanadan evə buraxılıb.

Metbuat.az hadisə ilə bağlı "Şərur" MTK ilə əlaqə saxlayıb. Şirkətin Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova bildirib ki, liftlər 4 nəfərlik olsa da, 7-8 nəfər daxil olub:

"Liftlərimiz hər gün yoxlanılır. Vaxtaşırı təmir olunur. Hər şey nəzarətimiz altında aparılır. Amma dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, 4 nəfərlik liftə 7-8 hətta, 10 nəfər birlikdə daxil olurlar. Ona görə də, belə xoşagəlməz hadisələr baş verir. Hadisəyə də səbəb bu olub. 4 nəfərlik liftdən 8 nəfər istifadə edib".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı