Oğuz rayonuna dolu düşüb.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, təbiət hadisəsi rayonun Xaçmaz kəndində müşahidə olunub.

On dəqiqədən artıq davam edən yağıntı nəticəsində meyvə ağaclarına və fərdi təsərrüfatlara ziyan dəyib.

Hazırda Oğuz rayonunda leysan yağışı yağır.