"Lift nasazdırsa, istismarı dayandırılmalıdır" - Ekspert

"Tros, əyləc sisteminin sıradan çıxması bir çox hallarda liftdə qəzalara səbəb olur. İnsanlar bilməlidir ki, liftdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Liftdə olarkən eyni anda bir neçə düyməni basmaq, qapılarını açmaq olmaz".

Bu sözləri Metbuat.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib. Onun sözlərinə görə, liftlər təhlükə potensiallı obyektlər siyahısındadır:

"Liftlərin istismarı zamanı təhlükəsizlik məsələsi ön planda olmalıdır. İstismara cavabdeh şəxs olmalıdır. Həmin şəxslə ixtisaslaşmış müəssisə arasında müqavilə bağlanır. Bütün təhlükəsizlik işləri həmin müəssisə tərəfindən həyata keçirilir.

Quraşdırılan qurğuların hər birinin sertifikatı olmalıdır. Ona görə, lift harada quraşdırılırsa, onun təhlükəsizlik istismarına nəzarət edən şəxs olmalıdır. Lift nasazdırsa, istismarı dayandırılmalıdır. Liftlərin normadan artıq yüklənməməsinə nəzarət etmək lazımdır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR