Bakıda iki dost çimərlikdə öldü

Bilgəh çimərliyində ölüm hadisəsi qeydə alınıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

2003-cü il təvəllüdlü Alıxanlı Nicat Elman oğlu və hələlik kimliyi bilinməyən dostu dənizdə boğularaq ölüb.

N.Alıxanlının meyiti sudan çıxarılaraq morqa təhvil verilib.

Digər boğulan şəxsin meyiti axtarışdadır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, axtarışlara Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı