"Qarabağ"ın gələn həftə "Dinamo" ilə çox vacib oyunu var.

Çempionlar Liqasında mövsümün bəlkə də son 90 dəqiqəsini keçirəcəklər.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, Zaqrebdən 0:3 hesablı məğlubiyyətlə dönmüş komandada böyükdən kiçiyə hamı cavab qarşılaşmasını fikirləşir.

Burada kimisə fərqləndirmək olmaz, hər kəs "Dinamo"dan revanş almağı arzulayır.

"Qarabağ" dünən o düşüncələr altında Premyer Liqada üçüncü oyununa çıxdı. Qurban Qurbanov, gözlənildiyi kimi, yenə rotasiyaya getmişdi, qarışıq heyətə güvənmişdi.

65-ci dəqiqəyə kimi belə davam etdi. eyni dəqiqədə Zubir, Juninyo və Benzianı meydana atdı, bir qədər sonra da oğlu Musanı onlara qoşdu.

Bütün bu əvəzləmələr "Qarabağ"ın oyununu gücləndirmədi. Güc itirmək istəmədilər.