Putin Türkiyənin qarşısına şərt qoydu - Yanlız bu halda...

Rusiya prezidenti Vladimir Putin təyyarəsinin Ukrayna tərəfindən vurulmasından ehtiyat edir, bu səbəbdən Türkiyəyə səfər edərkən rus qırıcıları tərəfindən müşayiət edilməsini şərt olaraq irəli sürüb. Səfərin təxirə salınmasının da səbəbi bu şərtdir.

Metbuat.az bildirir ki, bu barədə "Middle East Eye" öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Putinin Rusiya qırıcıları ilə uçması və qırıcıları Türkiyə ərazisinə endirmək tələbi mürəkkəb məsələdir, çünki ölkədəki NATO hava hücumundan müdafiə sistemləri belə təyyarələri düşmən hədəfi kimi qəbul edə bilər.

Türkiyənin Rusiyanın tələbini yerinə yetirmək üçün NATO sistemlərini bağlamaq ehtimalının olmadığını qeyd edilir.

Səfərlə bağlı son müzakirələrdə Rusiya və Türkiyə rəsmiləri Putinin oktyabrın ilk həftəsində gəlişini müzakirə ediblər. Bununla belə, xüsusi döyüş təyyarəsi tələbi səfərin planlaşdırılmasını və təşkilini çətinləşdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR