Ramil Səfərovun xanımı deputat seçildi? - FOTO

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası sentyabrın 1-də VII çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yekun nəticələrini açıqlayıb.

Metbuat.az xəbər verir ki, namizədliyini irəli sürənlər arasında polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı, hazırda BDU-da rektor müşaviri kimi çalışan Şəbnəm Səfərova da var idi. O, 119 saylı Ağdam Seçki Dairəsindən seçkilərə qatılmışdı və deputat seçilib-seçilməyəcəyi maraq doğururdu.

Lakin Şəbnəm Səfərova deputat seçilməyib. Sözügedən dairədən Bəxtiyar Əliyev qalib olub.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR