Ağstafada şəhid atası vəfat edib.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, rayonun Xətai kəndindən olan 1-ci Qarabağ müharibəsi şəhidimiz Bəxtiyar Cəmşid oğlu Əsgərovun atası dünyasını dəyişib.

Cəmşid Əsgərov 90 yaşında vəfat edib.

Qeyd edək ki, Bəxtiyar Əsgərov Ağdərə rayonunun Qlobus yüksəkliyi uğrunda gedən döyüşdə itkin düşüb.