"Mahsumiyyet müzesi" adlı filmdə rol alan Eylül Lize Kandemirin sürücülük vəsiqəsi əlindən alınıb.

Metbuat.az xəbər verir ki, aktrana Sarıyerdə polis əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı saxlanılıb.

Onun 1,10 promil alkoqollu olduğu müəyyənləşib. Bundan sonra Kandemirin sürücülük vəsiqəsi əlindən alınıb.