Rusiyanın "VK" şirkəti “App Store”dan tətbiqlərinin silinməsi ilə bağlı ABŞ-ın "Apple" korporasiyasını məhkəməyə verib.

Metbuat.az xəbər verir ki, iddia avqustun 19-da Moskva Arbitraj Məhkəməsinə təqdim olunub. Cavabdehlər arasında "Apple Inc", "Apple Distribution International Ltd" və “Apple Rus” MMC yer alır.

"VK" bildirir ki, Apple şirkəti tətbiqləri əvvəlcədən xəbərdarlıq etmədən “App Store”dan silib. Şirkət məhkəmədən tətbiqlərin mağazaya qaytarılmasını, istifadəçilərin bildiriş alma imkanının bərpa edilməsini və qərarın icra olunmaması halında cərimə tətbiq edilməsini tələb edir.

Xatırladaq ki, iyunda "Apple VK"nın tətbiqlərini və Mak messencerini “App Store”dan çıxarıb. İyulun ortalarından isə "VK" və Max Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Onların tətbiqləri “Google Play”dən də silinib.