Formula 1 üzrə Azərbaycan Qran-Prisində əsas yarışa start verilib.

Metbuat.az xəbər verir ki, formasiya dövrəsində Corc Rassell pilotlar qrupuna liderlik edib. Ön sırada yer alan Şarl Lekler onun ardınca hərəkətə başlayıb, Oskar Piastri isə üçüncü olub.Startdan əvvəl pilotların təkər seçimləri də diqqət çəkib. Corc Rassell, Lando Norris, Maks Ferstappen, Karlos Sayns, Kimi Antonelli, Niko Hülkenberq, Valtteri Bottas və Serxio Peres də daxil olmaqla bir sıra sürücülər “medium” təkərlərə üstünlük veriblər.

Şarl Lekler, Oskar Piastri, Lyuis Hemilton, İsak Hacar, Oliver Berman və Aleks Albon isə yarışa “soft” təkərlərlə başlayıblar.

İlkin proqnozlara əsasən, yarışda bir pit-stoplu strategiyanın tətbiqi gözlənilir. Bununla belə, trasda baş verə biləcək hadisələr komandaların taktikasına təsir göstərə bilər.