Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, şəhər ərazisində "BYD" və "Ford" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində "Ford" avtomobili aşıb, xəsarət alanlar var.
Faktla bağlı araşdırma aparılır.