Payız ayları bəzi bürclər üçün şəxsi münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər.
Metbuat.az xəbər verir ki, astroloji proqnozlara görə, Əkizlər, Tərəzi və Balıqlar bu dövrdə yeni tanışlıqlarla qarşılaşa, Əqrəblər isə mövcud münasibətlərində mühüm qərarlar verə bilərlər.
Əkizlər üçün ünsiyyət və yeni tanışlıqlar ön plana çıxarkən, Tərəzilərin şəxsi həyatında gözlənilməz hadisələrin baş verə biləcəyi ehtimal edilir. Balıqların romantik münasibətlərə daha çox diqqət ayıracağı, Əqrəblərin isə gələcəklə bağlı seçimlərini dəqiqləşdirəcəyi bildirilir.
Qeyd edək ki, astrologiyanın bu cür proqnozları elmi əsaslarla təsdiqlənməyib.