Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 1,1 milyard dollar dəyərində 57 275 ədəd avtomobil idxal olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 27.982 ədəd və ya 32,8% azdır.
Bu dövrdə avtomobil idxalına çəkilən xərc isə ötən ilin eyni ayları ilə müqayisədə 29,4% azdır.