Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 248,485 milyon manat sığorta haqqı toplanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 7,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 882,723 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,1 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 70,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.