“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC-də yeni təyinat olub.

Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı “AzInTelecom”un Baş direktoru Elxan Əzizov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Emil Musayev Memarlıq həlləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, 2022-ci ildən bu qurumda çalışır və yeni təyinatadək Daxili İT sistemlərinin idarəedilməsi bölməsinin rəhbəri vəzifəsində işləyib.