Unibankın mobil bankçılıq xidməti olan Leobank “Felis 2026” mükafatının qalibi olub. Leobankın “Leo Pride” kartlar ailəsini təqdim edən reklam çarxı “İstehlakçı xidmətləri vəB2B” (Consumer Service and B2B) kateqoriyası üzrə qızıl mükafata layiq görülüb.
Metbuat.az xəbər verir ki, Felis Mükafatları reklam və marketinq sahəsində effektivliyi, yaradıcılığı və diqqətçəkənideyaları ilə seçilən layihələri qiymətləndirən nüfuzlu mükafat proqramıdır. Mükafatnoyabrın 4-də İstanbulda “Brand Week Istanbul” çərçivəsində keçirilən mərasimdə təqdimolunub.
Qızıl mükafat qazanan reklam çarxında “Leobank”ın kartlar ailəsi — Biznes kartı, Qara kart, Prime kart və Uşaq kartı təqdim olunur. “Leo Pride” konsepsiyasına uyğun olaraq, çarxda şirailəsinin hər bir üzvü gündəlik həyatının müxtəlif məqamlarında öz ehtiyaclarına uyğunLeobank kartından istifadə edir. Video həm kartların üstünlüklərini, həm də Leobank mobiltətbiqinin rahatlığını dinamik və yaradıcı formada əks etdirir.
Bu mükafat Leobankın məhsul və xidmətlərini fərqli və yaradıcı kommunikasiya ilə təqdimetmək istiqamətində gördüyü işlərin növbəti uğurlu nəticəsidir.