Dünən I Avropa Oyunlarında karate idman növü üzrə mübarizəyə start verilmişdi.
Bu gün isə qadın və kişilərin yarışında növbəti 6 çempion müəyyənləşib..
Kişilərin kata yarışında Tural Balcanlı, kumitedə 84 kq və ondan aşağı çəki dərəcəsi üzrə Ayxan Mamayev, 84 kq-dən yuxarı çəki dərəcəsində isə Şahin Atamov ölkəmizi təmsil ediblər.
Tural Balcanlı və Şahin Atamov elə qrup mərhələsindəcə mübarizəni dayandırıblar. Ayxan Məmmədov isə qarşısına çıxan bütün rəqibləri məğlub edərək ölkəmizə qızıl medal qazandırıb.
Qadınlarda katada Ədilə Qurbanova, kumite 68 kq və ondan aşağı çəki dərəcəsi üzrə İrina Zaretska, 68 kq-dan yuxarı çəki dərəcəsində isə Aytən Səmədli tatamiyə çıxıblar.
Ədilə Qurbanova və Aytən Səmədlinin çıxışı uğursuz alınıb. İrina Zaretska isə öz çəki dərəcəsində hamıdan güclü olub.
Kişilər, kata
B qrupu
Tural Balcanlı (Azərbaycan) - Mehmet Yakan (Türkiyə) - 0:5
Tural Balcanlı (Azərbaycan) - Dak Minh (Fransa) - 0:5
Tural Balcanlı (Azərbaycan) - Adrian Quta (Rumıniya) - 5:0
Bu nəticələrin ardından qrupda üçüncü yeri tutan Tural Balcanlı mübarizəni dayandırıb.
Uqo Damyan Kintero (İspaniya) qızıl, Mattia Busato (İtaliya) gümüş, Mehmet Yakan (Türkiyə) isə bürünc medal qazanıb.
Qadınlar, kata
B qrupu
Ədilə Qurbanova (Azərbaycan) - Jasmin Bleul (Almaniya) - 0:5
Ədilə Qurbanova (Azərbaycan) - Dilara Bozan (Türkiyə) - 0:5
Ədilə Qurbanova (Azərbaycan) - Vlatka Kiuk (Xorvatiya) - 0:5
0 xalla qrupda sonuncu yeri tutan Ədilə Qurbanova mübarizəni dayandırıb.
Qadınların kata yarışında Sandra Caymi Sançes (İspaniya) hamını qabaqlayaraq qızıl medala sahib çıxıb. Sandi Skordo (Fransa) gümüş medalla kifayətlənib. Dilara Bozan (Türkiyə) üçüncü olub.
Qadınlar, kumite, 68 kq və ondan aşağı çəki
A qrupu
İrina Zaretska (Azərbaycan) - Kristina Vizkayno (İspaniya) - 6:1
İrina Zaretska (Azərbaycan) - Teresa Alisa Buxinger (Avstriya) - 0:4
İrina Zaretska (Azərbaycan) - Vasiliki Panetsidou (Yunanıstan) - 1:0
İrina Zaretska (Azərbaycan) - Marina Rakoviç (Çernoqoriya) - 1:0
Qızıl medal uğrunda döyüş: İrina Zaretska (Azərbaycan) - Teresa Alisa Buxinger (Avstriya) - 8:1
Marina Rakoviç (Çernoqoriya) üçüncü olub.
Qadınlar, kumite, 68 kq və ondan yuxarı çəki
A qrupu
Aytən Səmədli (Azərbaycan) - Masa Martinoviç (Xorvatiya) - 1:2
Aytən Səmədli (Azərbaycan) - Nadege İbrahim Ait (Fransa) - 0:5
Aytən Səmədli (Azərbaycan) - Hana Antunoviç (İsveç) - 1:9
Aytən Səmədli A qrupunu sonuncu sırada tamamlayıb və mübarizəni dayandırıb.
Masa Martinoviç (Xorvatiya) qızıl, Məltəm Hocaoğlu (Türkiyə) gümüş, İvanna Zaytseva (Rusiya) isə bürünc medal qazanıb.
Kişilər, kumite, 84 kq və ondan aşağı
B qrupu
Ayxan Mamayev (Azərbaycan) - Corcios Mixael Tzanos (Yunanıstan) - 0:0
Ayxan Mamayev (Azərbaycan) - Yaroslav Horuna (Ukrayna) - 6:3
Ayxan Mamayev (Azərbaycan) - Kenji Qrillon (Fransa) - 6:1
Ayxan Mamayev (Azərbayca) - Alvin Karaqi (Kosova) - 6:1
Qızıl medal uğrunda döyüş: Ayxan Mamayev (Azərbaycan) - Corcios Mixali Tzanos - 1*:1
Uğur Aktaş (Türkiyə) bürünc medal qazanıb.
Kişilər, kumite, 84 kq və ondan yuxarı
B qrupu
Şahin Atamov (Azərbaycan) - Erkan Enes (Türkiyə) - 1:10
Şahin Atamov (Azərbaycan) - Martin Nestorovski (Makedoniya) - 3:5
Şahin Atamov (Azərbaycan) - Spiridon Marqaritopulos (Yunanıstan) - 0:2
Qrupu sonuncu pillədə başa vuran Atamov mübarizəni dayandırıb.
Türkiyəli Erkan Enes bütün rəqiblərini məğlub edərək Avropa Oyunlarının qalibi olub. Conatan Horne (Almaniya) ikinci, Martin Nestorovski (Makedoniya) isə üçüncü yerə layiq görülüb.
Beləliklə, Bakı-2015-də karate idman növü üzrə yarışlara yekun vurulub. Azərbaycan idmançıları aktivlərinə ümumilikdə 4 qızıl, 2 bürünc medal yazdırıblar. Firdovsi Fərzəliyev (kumite, 60 kq), Rafael Ağayev (kumite, 75 kq), Ayxan Mamayev (kumite, 84 kq və ondan aşağı) və İrina Zaretska (qadınlar, kumite, 68 kq və ondan aşağı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlahə Qasımova (qadınlar, kumite, 55 kq) və Niyazi Əliyev (kişilər, kumite, 67 kq) isə bürünc medal qazanıblar.