Azərbaycanda 9 milyon manatlıq qaçaqmal tutulub

Azərbaycanda 9 milyon manatlıq qaçaqmal tutulub
17:56 25 Dekabr 2014
96 Digər
Ölkə mətbuatı
A- A+

2014-cü ildə dövlət sərhədini pozduğuna görə 423, sər­həd rejimi qaydalarını pozduqlarına görə 16 min 2 nəfər saxla­nılıb.

ANS PRESS-in Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadla verdiyi məlumata görə, bu barədə Dövlət Sərhəd Xidmətinin 2014-cü ildə xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd edilib ki, onların 46,1% Azərbaycan, 18,7% Özbəkistan, 6,4% İran, 4,5% Mol­dova, 4,3% Əfqanıstan, 3,8% Türkiyə, 3,1% Gürcüs­tan, 2,6% Ru­siya, 2,6% Suriya, 1,9% Nigeriya, 1,9 % Ukrayna, 4,1% digər ölkə vətəndaşları olublar.

Hesabat dövründə sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda odlu silahdan istifadə olun­ub, sərhəd naryadları tərəfindən sərhəd pozucu­ları­na qarşı təlimata uyğun silahın tətbiqi zamanı 2 İİR və­tən­daşı vəfat edib, DSX-nin 1 zabiti yaralanıb.

İl ərzində 2553 nəfər axtarışda olan şəxs tutulub, 272 nəfər saxta, 42 nəfər özgəsinin sənədi ilə və 10 nəfər giz­li şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

2014-cü il ərzində 9 milyon 406 min manat dəyərində qaçaqmal tutulub. 317 kq 715 qram narkotik maddənin dövlət sərhədindən keçiril­məsinin qarşısı alınıb. 26,7 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR