Bakı. Fuad Cəfərov - APA. Bakıda baş verən yol qəzası sıxlığın yaranmasına səbəb olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Sürücülərə alternativ olaraq Hüseyn Cavid prospektindən istifadə etmələri tövsiyə olunur.