Bu gün Avropa Liqasının 2015/16 mövsümünün I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Fanat.az хəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.

Azərbaycanın hər 3 təmsilçisi - "İnter", "Qəbələ" və "Neftçi" mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Bu mərhələdə 102 komanda iştirak edəcək.

"Neftçi" və "İnter" "səpələnmişlər" səbətində yer alıb. Bu isə onların rəqibinin zəiflərin arasından - "səpələnməmişlər" səbətindən seçiləcəyi deməkdi. “Qəbələ” isə səpələnməmişlər səbətindədi.
II təsnifat mərhələsinin püşkatmasında 51 cüt və birbaşa mübarizəyə qoşulacaq 15 klub iştirak edəcək. “Neftçi”nin təşkil etdiyi cüt burada da "səpələnmişlər"dən olacaq. Digər iki klubumuz isə mərhələ adlasa, güclülərin yer aldığı səbətdəki komandalardan biri ilə görüşəcək.
Avropa Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: Vest Hem (İngiltərə), Bröndbü (Danimarka), Randers (Danimarka), Debretsen (Macarıstan), Beytar (İsrail), Vaduts (Lixtenşteyn), Domjale (Sloveniya), Buduçnost (Çernoqoriya), Koper (Sloveniya), Slovan (Slovakiya), Jilina (Slovakiya), Spartak (Slovakiya), Şerif (Moldova), Daçiya (Moldova), Rusenborq (Norveç), Stromsqodset (Norveç), Elfsborq (İsveç), AİK (İsveç), Neftçi (Azərbaycan), İnter (Azərbaycan), Aktobe (Qazaxıstan), Qo Ehed İqls (Hollandiya), Srvena Zvezda (Serbiya), Voyvodina (Serbiya), Reykyavik (İslandiya), Hafnarfyordur (İslandiya), Şemrok Rovers (İrlandiya), Sent-Patriks (İrlandiya), Düdelanj (Lüksemburq), Diffeerdanj (Lüksemburq), Linfild (Şimali İrlandiya), Valletta (Malta), Birkirkara (Malta), Rabotniçki (Makedoniya), Torpedo (Belarus), Şaxtyor (Belarus), Aberdin (Şotlandiya), Sent-Conston (Şotlandiya), HB Torshavn (Farer adaları), Hayduk (Xorvatiya), Lokomotiv (Xorvatiya), Apollon (Cənubi Kipr), Omoniya (Cənubi Kipr), Dinamo (Tiflis, Gürcüstan), Botoşani (Rumıniya), Liteks (Bolqarıstan), Beroe (Bolqarıstan), Jelezniçar (Bosniya və Herseqovina), Zrinski (Bosniya və Herseqovina), Slensk (Polşa), Yagelloniya (Polşa).

Səpələnməmişlər: Renova (Makedoniya), Şkendiya (Makedoniya), Selye (Sloveniya), Mladost (Çernoqoriya), Sutyeska (Çernoqoriya), Ferensvaroş (Macarıstan), MTK (Macarıstan), Skonto (Latviya), Yelqava (Latviya), Spartak (Latviya), Vikinqur (İslandiya), Odd Qrenland (Norveç), Kukesi (Albaniya), Laçi (Albaniya), Partizani (Albaniya), Qəbələ (Azərbaycan), Ordabası (Qazaxıstan), Kayrat (Qazaxıstan), Saxan Qaqauz Yeri (Moldova), Şirak (Ermənistan), Uliss (Ermənistan), Alaskert (Ermənistan), Qlentoran (Şimali İrlandiya), Qlenavons (Şimali İrlandiya), Vaasa (Finlandiya), SJK (Finlandiya), Lahti (Finlandiya), Kalev (Estoniya), Kalyu (Estoniya), Flora (Estoniya), Sent Culiya (Andorra), Lusitanos (Andorra), Vikinqur (Farer adaları), Runavik (Farer adaları), Trakai (Litva), Kruoja (Litva), Atlantas (Litva), Kork Siti (İrlandiya), UCD (İrlandiya), Airbus (Uels), Nyutaun (Uels), Bala Taun (Uels), Baltsan (Malta), Çukariçki (Serbiya), Dinamo (Batumi, Gürcüstan), Spartak (Sxinvali, Gürcüstan), Yuvenes (San Marino), La Fiorita (San Marino), Proqres (Lüksemburq), Olimpik (Bosniya və Herseqovina), Kollec (Cəbəllütariq).
II təsnifat mərhələsi
Səpələnmişlər: Kopenhagen (Danimarka), PAOK (Yunanıstan), Trabzonspor (Türkiyə), Legiya (Polşa), Riyeka (Xorvatiya), Tyun (İsveçrə), Astra (Rumıniya), Dinamo (Belarus), Mlada Boleslav (Çexiya), Şarlerua (Belçika), I təsnifat mərhələsinin 23 qalibi.

Səpələnməmişlər: Göteborq (İsveç), Volfsburq (Avstriya), Hapoel (Beyer-Şeva, İsrail), İnverness (Şotlandiya), Çerno More (Bolqarıstan), I təsnifat mərhələsinin 28 qalibi.

Fanat.az