Çempionlar Liqasında 2015-16 mövsümünün I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Mərasim UEFA-nın Nyonda yerləşən qərargahında baş tutub. Metbuat.az-ın məlumatına görə, reytinqinə görə səpələnmişlər səbətində yer alan təmsilçimiz "Qarabağ" II təsnifat mərhələsində Çernoqoriyanın "Rudar" komandasına rəqib olub.

II təsnifat mərhələsinin ilk qarşılaşmaları 14-15 iyul, cavab matçları isə 21-22 iyul tarixlərində oynanılacaq.