AMEA-nın Folklor İnstitutunda “Cənubi Azərbaycan folkloru” şöbəsi yaradılıb

18:02 21 Yanvar 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 17:58 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun nəzdində “Cənubi Azərbaycan folkloru” şöbəsi yaradılıb.

 

APA-nın xəbərinə görə, Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilən qərara əsasən, yeni şöbənin yaradılmasında əsas məqsəd Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilini, bu işlərin müasir elmi prinsiplər əsasında sistemli və ardıcıl aparılmasını, onun problemlərinin yeni elmi mövzular kimi müəyyənləşdirilməsini təmin etməkdir.

 

Qərarın icrasına nəzarət AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimliyə həvalə olunub.

 

Bundan əlavə, AMEA Rəyasət Heyətinin iclasında AMEA Botanika İnstitutu ilə ABŞ-ın Elm və Texnologiya üzrə Ayova Dövlət Universiteti arasında “Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyasının yaradılması haqqında qərar qəbul edilib. “Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyasının 2015-2017-ci illər üçün nəzərdə tutulmuş elmi fəaliyyət proqramı və büdcəsi ABŞ-ın Elm və Texnologiya üzrə Ayova Dövlət Universiteti ilə razılaşdırılıb. Qeyd olunanlarla əlaqədar AMEA Rəyasət Heyətinin bugünkü iclasında “Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyasının elmi fəaliyyət proqramının təsdiq edilməsi haqqında qərar qəbul edilib. Proqramın icrasından irəli gələn məsələlərin həlli AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əli-zadəyə, qərarın icrasına nəzarət isə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova həvalə edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR