Dövlət Komitəsinin sədri "Yəhovanın Şahidləri”nin nümayəndələri ilə görüşüb

Dövlət Komitəsinin sədri "Yəhovanın Şahidləri”nin nümayəndələri ilə görüşüb
19:02 21 Yanvar 2015
183 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 18:57 ]


Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün “Yəhovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüşüb.

 

Komitədən APA-ya verilən məlumata görə, görüşdə "Yəhovanın Şahidləri”nin  Avropa Assosiasiyasının nümayəndələri Mark Hanson, Vasili Kalenlə yanaşı, yerli icmanın təmsilçiləri də iştirak ediblər.

 

Görüş zamanı qonaqlar Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, Assosiasiya Avropa məkanında geniş fəaliyyət göstərir. M.Qurbanlı bildirib ki, ölkədə vətəndaşların dini etiqad azadlığı təmin olunub: “Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək fəaliyyət göstərməyən bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradılıb”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR